"Səttar əl-üyub” adının mənası nədir?

"Səttar əl-üyub” adının mənası nədir?
20:17 27 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Allahın gözəl adlarından olan "səttar əl-üyub" adının mənası nədir?

"Səttar əl-üyub" eyibləri örtən, nöqsanları gizlədən deməkdir. Allah-Təala bəndəsinin ona etibar etdiyi sirləri ifşa etməz, bəndə günaha yol verəndən sonra tövbə edərsə, Allah həmin günahın üstünü açmaz. Səmimi qəlbdən tövbə edən şəxsin eyiblərini Allah həm bu dünyada, həm də axirətdə gizlədər.

Milli.Az islam.az-a istinadən bildirir ki, mömin də Allahın bu adından nümunə götürməli və başqa möminlərin eyiblərini örtməlidir. Başqasının eybini açmaq, abrını aparmaq İslamda ən bəyənilməz işlərdən sayılır. Hədislərdə buyurulur ki, başqasının eybini açıb rüsvay edən şəxsin özünü də Allah-Taala rüsvay edər. Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurub: "Kim öz (din) qardaşının eybini açmaq və onu rüsvay etmək üçün hərəkət etsə, bu, onun cəhənnəmdəki ilk addımı olar və Allah onun öz eyiblərini xalqa mütləq açıb göstərər". İmam Cəfər Sadiq (ə) oğlu İmam Kazimə (ə) vəsiyyətində buyurmuşdur: "Hər kim başqasının (hörmət və həya) pərdəsini yırtsa, öz ayıblarının üstü açılar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR