Çempionluq yolunda “Beşiktaş”a ağır zərbə

Çempionluq yolunda “Beşiktaş”a ağır zərbə
20:32 27 May 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə çempionluq uğrunda gərgin mübarizə aparan "Beşiktaş" ciddi itkiylə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi son iki turda əsas oyunçusu Rikardo Quaresmanın xidmətindən istifadə edə bilməyəcək.
 
Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Köhnə zədəsini yeniləyən portuqaliyalı yarımmüdafiəçi üçün mövsüm artıq başa çatıb.
 
Qeyd edək ki, "Beşiktaş" sabah səfərdə "Qaziantepspor"la qarşılaşacaq. "Qara qartal" səfərdən 3 xalla qayıdacağı təqdirdə, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR