Bazarda 8-9 yerlik avtomobillərə maraq artıb - SƏBƏB - VİDEO

Bazarda 8-9 yerlik avtomobillərə maraq artıb - SƏBƏB - VİDEO
20:42 27 May 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtomobil bazarında 8-9 yerlik avtomobillərə maraq artıb.

Bunun əsas səbəbi isə turistlərin daha çox bu avtomobillərlə səyahət etməyə üstünlük vermələridir. Bu tələbat qiymətlərə də təsirsiz ötüşməyib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir zamanlar satışı çox zəif olan 8-9 və daha çox yerlik avtomobilləri indi tapmaq müşkülə çevrilib. Buna səbəb belə avtomobillərə marağın artmasıdır.
Satıcılar bildirirlər ki, bu tələb son 1 ildə daha da çoxalıb. Xüsusilə də yeni nəsil avtomobillərə maraq böyükdür.
Elə bu səbəbdən də hazırda ölkəyə gətirilən avtomobillərin əsas hissəsini 8-9 yerlik avtomobillər təşkil edir. Turizm sezonu yeni başladığına görə bu avtomobillərin qiymətinin növbəti aylarda daha da artacağı gözlənilir.
Satıcılar deyirlər ki, daha imkanlı turistlər əsasən lüks avtomobillərə üstünlük verirlər. Əsasən də avtomobilin içində internetin olmasını istəyirlər. Belə maşınlar qiyməti isə çox baha olur.
8-9 yerlik avtomobillərin günlük kirayəsi isə ili köhnə olan avtomobillər üçün 100-150 manat, lüks avtomobillər üçün isə 250 manatdan başlayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR