Gənc müəllimin qeyri-adi tədris üsulu - "Şagirdlər həm öyrənir, həm də əylənir" - VİDEO

Gənc müəllimin qeyri-adi tədris üsulu - "Şagirdlər həm öyrənir, həm də əylənir" - VİDEO
20:42 27 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranın ucqar dağ kəndi olan Gəgiranda çalışan tarix müəllimi qeyri-adi tədris üsulları ilə məşhurlaşıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə də diqqət çəkən müəllim, dərsi uşaqlara sevdirmək üçün hətta rep deyir.
Görüntülərdə aydın olur ki, şagirdlərin həvəslə və aktiv iştirak etdiyi dərs tarix dərsidir.
Görünütlər Lənkəran rayonundan təxminən 36 km. məsafədə yerləşən Gəgiran kənd orta məktəbindəndir. Sosial şəbəkələrdə yayılan görüntüdəki gənc müəllim isə Həbib Əlizadədir. 5 il əvvəl Lənkəran Dövlət Universitetinin Tarix fakültəsini bitirən Həbib müəllim iki il əvvəl Təhsil Nazirliyinin təyinatı ilə Gəgiran kənd məktəbində fəaliyyətə başlayıb. 5-11 ci sinif şagirdlərinə tarix fənnini tədris edən gənc müəllim bu fənni sevdirmək üçün qeyri -adi üsullardan istifadə edir.
Həbib Əlizadənin öyrətmək üçün yeni üsulu rep olub. O, tarix dərsində xronologiyanı rep halına salaraq diqqətə çatdırır. Repin sözləri isə müəllimin dərsdə dediyi və uşaqların da cavabladığı sual -cavablardır.
Onun bu ideyalarına şagirdlər də sevə- sevə dəstək verir.
Qeyri-adi tədris üsulları gənc müəllimi şagirdlərə xeyli sevdirib. Müəllimin başqa bir istəyi isə gələcəkdə digər dağ kəndlərindəki həmkarları ilə birgə maraqlı layihələr həyata keçirməkdir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR