Azərbaycanda ən çox insan ölümünə səbəb olan bu xəstəlikdir - VİDEO

Azərbaycanda ən çox insan ölümünə səbəb olan bu xəstəlikdir - VİDEO
20:52 27 May 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə ürək-damar xəstəlikləri ilə bağlı vəziyyət kritik həddədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı Azərbaycan Ürək-Damar Cəmiyyəti həyəcan təbili çalır.
Ürək-damar xəstəliklərinin geniş yayılmasının müxtəlif səbəbləri var. Başlıca səbəb insanların həyat tərzi və pis vərdişlərdir.
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev deyir ki, son illər ürək qüsuru ilə doğulan uşaqların sayında artım var. Bu sahədə əsas çətinliklərdən biri diaqnozun vaxtında qoyulmamasıdır.Sonradan əmələ gələn ürək-damar xəstəliklərdən fərqli olaraq, anadangəlmə qüsurların hansı səbəbdən yarandığını müəyyən etmək olduqca çətindir.
Bu arada paytaxtda ümummilli lider Heydər Əliyevin anadan olmasinin 94-cü ildönümünə həsr olunmus "Baki Ürək Günləri" V Beynəlxalq Konqresinin açılış mərasimi keçirilib. Konqresdə dünyanın 10-dan çox ölkəsindən gələn mütəxəssislər iştirak edirlər. 400-dən artıq kardioloqun qatildığı tədbirdə ürək- damar cərrahiyyəsi sahəsində mövcud olan problemlər, eləcə də ən son nailiyyətlər müzakirə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR