Alzheimerə səbəb olan amillər

Alzheimerə səbəb olan amillər
20:57 27 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Alzheimer sonu ölümlə bitən beyindəki hüceyrələrin və ya neyronların zədələnməsilə meydana gələn degenerativ xəstəlikdir. Sinir sistemindəki hüceyrələrin ölməsi ilə birlikdə beyində yaranan problemlər insanın hissini azaldır, yaddaş problemləri yaradır, davranışlarda pozuntulara səbəb olur.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu xəstəliyin müalicəsində refleksoterapiya ilə beyinə göndərilən siqnallar vasitəsilə beynin işləmə mexanizminə təsir etmək mümkündür. Beləliklə, yeni hüceyrə əmələ gəlməsi təmin olunur və hüceyrə itkisi azalır.
 
65 yaşdan yuxarı olan şəxslər bu xəstəliyə tutulmaq riski altındadır. Bundan başqa, daha əvvəl keçirilmiş bir baş xəsarəti, ürək xəstəliyi, infarkt, spirtli içki istifadəsi, stress faktoru və depressiya Alzheimer xəstəliyinə səbəb ola bilər.
 
İnsandakı öyrənmə, yaddaş və planlaşdırma pozğunluğu, hadisələri sıralama, abstraksiya kimi funksiyalarda nöqsanlar və pozulmaların ölçüsünə görə diaqnoz müəyyən olunur. Bu əlamətlər ilə yanaşı alzheimerə tam diaqnoz qoymaq üçün kompyuter tomoqrafiyası​ kimi obyektiv üsullardan da istifadə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR