"Beş mərtəbə" dairəsi ləğv edildi - XƏRİTƏ - FOTO

"Beş mərtəbə" dairəsi ləğv edildi - XƏRİTƏ - FOTO
20:58 27 May 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairə artıq ləğv edilib.

Azəravtoyol ASC-dən Publika.az-a verilən məlumata görə, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti dairədə tam olaraq dayandırılaraq layihə üzrə nəzərdə tutulan istiqamətlər üzrə yönəldilib.

Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti Şıxəli Qurbanov küçəsindən dairəyə çatmamış sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, ordan da yeni yaradılmış geri dönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldilib. Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələri də layihə üzrə nəzərdə tutulmuş yeni hərəkət sxemi ilə hərəkət edirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/200405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR