NATO-nun iclasında Azərbaycanın təklifi qəbul olundu - FOTO

NATO-nun iclasında Azərbaycanın təklifi qəbul olundu - FOTO
21:12 27 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

NATO Parlament Assambleyasının yaz sessiyasında qurumun müdafiə və təhlükəsizlik komitəsinin iclasında "Ballistik raketdən müdafiə və NATO" adlı məruzə dinlənilib. Baş məruzəçi kanadalı deputat Jozef Day çıxış edərək Şimali Koreyada və digər ölkələrdə mövcud olan ballistik raketlərin dünyada təhlükəsizliyə təhdid olduğunu bildirib və buna qarşı mübarizədən danışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Azərbaycan nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məruzə ətrafında çıxış edərək daha bir ölkənin - Ermənistanın da ballistik raketlərə malik olduğunu bildirib və bu ölkəyə qarşı tədbirlər görülməsini təklif edib. S.Novruzov deyib: "Məruzədə ballistik raketlərin beynəlxalq ictimaiyyət üçün törətdiyi təhlükələrin qeyd olunması çox yaxşı haldır. Bilirsiniz ki, Ermənistana bir milyard dollarlıq silah verilib. Onların sırasında "İsgəndər-M" operativ-taktiki raket kompleksi də var. Bu raket kompleksi Cənubi Qafqaz, eləcə də Avropa üçün çox ciddi təhlükədir".

Siyavuş Novruzov Ermənistan prezidenti Serj Sarkisyanın bu raketlərlə Azərbaycanı vuracağı barədə bəyanatını da diqqətə çatdırıb və komitə rəhbərliyinin, eləcə də məruzəçinin buna münasibətini soruşub.

Məruzəçi belə bir faktı diqqətə çatdırdığına görə Azərbaycan nümayəndə heyətinin üzvünə minnətdarlıq edib və faktın məruzədə nəzərə alınacağını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/548917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR