Fərda pis vəziyyətdə qaldı: avtobusda tanımadılar

Fərda pis vəziyyətdə qaldı: avtobusda tanımadılar
21:27 27 May 2017
261 Şou
Ölkə mətbuatı
A- A+

Yumor ustası Fərda Xudaverdiyev bahalı avtomobilindən enib avtobusa minib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Xəzər Maqazin"in qonağı olan aktyor bu dəfə ictimai nəqliyyatdan istifadə edərək keçmişinə qayıdıb. Fərda ssenarilərini vaxtilə avtobuslarda yazdığını bildirib:
 
"Bütün ssenarilərimi avtobusda yazmışam. Evimizin yanından 2 nömrəli avtobus işləyirdi. Konduktordan başqa bütün işlərdə çalışmışam. Yəni, konduktor işinə düzəltsəydilər, onu da işləyərdim. Düzəltməyiblər, işləməmişəm. Qarpız satan adamam".

F.Xudaverdiyev avtobusda gözləmədiyi vəziyyətlə üzləşib. Sərnişinlərdən birinin Fərdanı tanımaması aktyoru pis vəziyyətdə qoyub. "Sən Bakının harasında yaşayırsan? Səndən avtoqraf alacağam" deyən Fərda vəziyyətdən çıxış yolu kimi "Yəqin yaxşı dərs oxuyur, televizora baxmır, internetlə maraqlanmır" deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/548921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR