"Yaşımız o yaş deyil küsülü qalaq" - əməkdar artistdən barışıq mesajı

"Yaşımız o yaş deyil küsülü qalaq" - əməkdar artistdən barışıq mesajı
21:27 27 May 2017
224 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Kəmalə Rəhimli "5-də 5" verilişinin qonağı olub.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni ailə quran yeganə oğlundan ayrı yaşadığını deyib:
 
"Tural adlı bir oğlum var. Ailə qurub, Amira adlı bir qızı da var. Nəvəmin adını gəlinimin adına - Esmiraya uyğun qoyublar. Onlar bizdə ayrı yaşayır. Mən həyat yoldaşımla bərabər qalıram".

Əməkdar artist aparıcı Zaur Kamalın "Küsülü həmkarınızla münasibətiniz necə oldu" sualını belə cavablandırıb:
 
"Mən qalmaqal olsun istəmirəm. Sənətə qalmaqalla gəlməmişəm ki... Mən heç kimlə küsülü deyiləm. Yaşımız da o yaş deyil ki, küsülü olaq. O, özü söz-söhbət saldı. Mənim paxıllığımı çəkənlər çox olub. Bütün müğənnilərin ayağından çəkənlər olub. Hətta kişi müğənnilər də mənimlə mübarizə aparırdılar. Mən Sovet dövrünün müğənnisiyəm. Ata-anamı erkən itirmişəm. Şükür Allaha ki, məni xalqımız sevib".

Xatırladaq ki, Kəmalə Rəhimli ilə həmkarı Ruhəngiz Musəvi arasında qalmaqal yaşanmışdı. K.Rəhimli müsahibələrinin birində "Ruhəngiz mənə qarşı çox böyük bir səhv elədi. Məhz buna görə də onunla əlaqəmi kəsdim. Telekanallara çıxışımı istəmir. Onunla sözləşdim, dedim ki, nə ixtiyarla mənim adımdan danışırsan? Mənim adımdan başqa yerdə söz danışmışdı, ona görə də ondan bərk incidim" demişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/548920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR