Mustafa Cecelinin boşanma səbəbi - "Tərzimizi bəyənmirdik"

Mustafa Cecelinin boşanma səbəbi - "Tərzimizi bəyənmirdik"
21:37 27 May 2017
161 Maraqlı
Ölkə mətbuatı
A- A+

9 illik həyat yoldaşından ayrılan müğənni Mustafa Ceceli ilk dəfə boşanma səbəbindən danışıb.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı son 2-3 ildir xanımı Sinem Ceceli ilə ayrılmaq haqqında düşündüyünü deyib:
 
"2-3 ildir, nikahımız üzərində gərginlik vardı. Bir neçə dəfə boşanmağımız gündəmə gəldi. Bir-birimizin tərzini bəyənmirdik, bu isə aramızda narazılığa səbəb olurdu. Bu narazılığı aradan qaldıra bilmədik".
 
M.Ceceli bundan sonra da boşandığı xanımının yanında olacağını və uşağının bütün ehtiyaclarını ödəyəcəyini deyib:
 
"Uşağımızın gərgin mühitdə böyüməsini istəmədik. Xanımımla problemim sadəcə yola getməməyimizlə bağlıdır. Yoldaşım dünyanın ən mükəmməl insanıdır. Nəyim varsa, onundur. Maddi və mənəvi hər zaman yanında olacağam. Qanunlar onu nə qədər qoruyursa, mən ikiqat qoruyacağam. Ailə bütövlüyümüzü pozmayacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR