Ramazan ayında necə qidalanaq? - həkim məsləhəti

Ramazan ayında necə qidalanaq? - həkim məsləhəti
21:42 27 May 2017
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq Ramazan ayına sayılı günlər qalıb. Ramazan ayında ən çox diqqət olunası məsələ də düzgün qidalanma prosesidir. Belə ki, insanların səhər və axşam çoxlu qida qəbul etməsi artıq narahatlığa səbəb olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu baxımdan Ramazan ayında oruc tutan şəxslər düzgün qidalanmağa diqqət yetirməldirlər.

Dietoloq Nərgiz Nəzirova bildirib ki, Ramazan ayında düzgün qidalanma çox mühümdür: "Ramazan ayında axşam və ya səhər düzgün qidalanmama insanın səhhətində ciddi fəsadlara yol aça bilər. Bu baxımdan Ramazan ayında obaşdana durarkən yeməkdən 30 dəqiqə öncə yarım stəkan ilıq su qəbul edilməldir. İlıq su qəbul etdikdən yarım saat sonra qidalanmağa başlamaq olar. Yeməkdə ağ pendir, bir az yağ, kəsmik, yağlılğı az olan xamadan istifadə etmək olar. Bu qidalar gün boyunca insanı normal saxlaya bilər. Axşam isə meyvə-tərəvəz salatları ola bilər.  Artıq meyvə-tərəvəzin bol olan vaxtı olduğu üçün bu qidalardan geniş istfadə etmək tövsiyə olunur. Daha sonra soyutma kimi təmiz ət yemək olar. Amma ət qarnirsiz və çörəksiz qəbul edilməldir. Əgər oruc tutan insan bu qidaları ay boyunca qəbul etsə, səhhətində nə zəiflik, nə də ağırlıq hiss etməyəcək. İnsan özünü çox yüngül hiss edəcək.  Ramazan ayında ümumiyyətlə qazlı şirin içikər qəbul etmək olmaz. Yalnız adi su və ya meyvə kompotları qəbul etmək olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR