Ağıza toz getməsi orucu batil edirmi?

Ağıza toz getməsi orucu batil edirmi?
21:47 27 May 2017
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Əhli-sünnə məzhəbinə görə, ağıza toz getməsi orucu batil etməz. Cəfəri məzhəbində bu məsələyə baxış fərqlidir. Bəzi müctəhidlər ağıza toz getməyin mütləq olaraq orucu pozduğunu söyləmişlər. Bəzi müctəhidlər isə, bunun ehtiyati-vacibə görə orucu batil etdiyini buyururlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, məsələn, Ayətullah Seyyid Əli Sistani ehtiyata görə, qatı tozun orucu pozduğunu yazır, qatı olmayan tozun isə oruca ziyanı yoxdur. Ayətullah Nasir Məkarim Şirazi isə şərt qoyur ki, ağız boşluğuna daxil olandan sonra ağız suyu ilə qarışıb gilə çevrilən toz udularsa, oruc batil olar. Əks halda, oruc düzdür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR