Mingəçevir şəhərində oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub.
Metbuat.az bildirir ki, bu, 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovadır.
O, yaşadığı evdə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarından "Report"un yerli bürosuna verilən məlumata görə, hadisənin qadının oğlu Nail Məhərrəmov tərəfindən törədildiyi ehtimal edilir.