Ağstafaya yağan güclü dolu təsərrüfata ziyan vurub

Ağstafaya yağan güclü dolu təsərrüfata ziyan vurub
21:57 27 May 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa. 27 may. REPORT.AZ/ Ağstafa rayonunda yağan güclü dolu və leysan yağışı təsərrüfata ziyan vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, günorta saatlarından başlayaraq yağan güclü yağış və dolu rayonun, əsasən Eynallı, Köçəsgər və Vurğun kəndlərində fəsadlar törədib.
Dolu düşməsi nəticəsində çiyələk sahələrinə və bir çox meyvə ağaclarına ziyan dəyib. Saatlardı yağan leysan yağışı hazırda da davam edir. Kənd sakinlərinin bildirdiyinə görə, leysan yağışı əkin sahələrinə də ziyan vurub.
Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da hava yağıntılıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafaya-yagan-guclu-dolu-teserrufata-ziyan-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR