Eks baş nazirə sui-qəsd edildi

Yunanıstanın eks baş naziri Lukas Papadimosa sui-qəsd edilib.

Metbuat.az bildirir ki, hadisə paytaxt Afinada qeydə alınıb. Papadimosun avtomobili partladılıb. Nəticədə o və avtomobildəki digər iki şəxs yaralanıb. Hadisə şahidlərinin söylədiklərinə görə, partlayışdan sonra avtomobilin şüşələri sınıb və ətrafda sıx tüstü qatı yaranıb. Əməliyyat olunan keçmiş baş nazirin həyati təhlükəsinin olmadığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR