Marketlərdən pendir alarkən diqqətli olun

Marketlərdən pendir alarkən diqqətli olun
22:37 27 May 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Marketlərdən pendir alarkən aşağıdakılara diqqət yetirin. Süni yollarla hazırlanmış pendirləri tanımaq istəyirsinizsə o zaman mütləq yazılanları oxuyun!
Milli.Az immunitet.az-a istinadən bildirir ki, marketlərdə satılan pendirlərin içərisində təbii üsullarla hazırlanan pendirlərə çox az rast gəlinir. Çoxlu miqdarda və çox seçimdə pendirin olması insaların rifahı üçün deyil, bu bir biznesdir. Satılan pendirlərin əksəriyyəti isə palma yağından və südəvəzedicilərdən hazırlanır. Bunlar isə orqanizm üçün çox təhlükəlidir. Süni vasitələrlə hazırlanmış pendirləri yemək qaraciyəri və mədəaltı vəzi zədələyir.
Bəs yaxşı pendiri pis pendirdən necə ayırmaq olar?
Bəzən pendir istehsalçıları bu barədə pendirin özünü bükdükləri kağızda yazırlar. Bu səbəbdən də pendir alarkən sizin diqqətli olmağınız çox vacibdir.
1. Heç vaxt vakum qablaşdırmada olan pendir almayın. Pendir alarkən satıcıdan bütöv pendirdən kəsməsini xahiş edin.
2. Pendir alarkən onun kənarlarına diqqət yetirin. Kənarlarının rəngi ortasının rəngindən fərqli olarsa o zaman həmin pendirdən almayın.
3. Keyfiyyətli pendirin daxilində olan boşluqlar eyni ölçüdə olur.
4. Sarı rəngli pendir almaq istəyirsinizsə, onun bir nazik dilimini künc tərəfindən qatlayın. Əgər pendirdə çat izi əmələ gələrsə, deməli bu əsil pendir deyil. Onu palma yağı, süd qurusu və rəngləndiricilərlə hazırlayıblar.
Çalışın həmişə keyfiyyətli  və sağlam qidalarla qidalanın! Qiymətə və görünüşə aldanmayın. Bu sizin sağlamlığınız üçün çox təhlükəli ola bilər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR