Oruc tutanlara həkimlərdən yeni tövsiyyələr

Oruc tutanlara həkimlərdən yeni tövsiyyələr
22:42 27 May 2017
246 Ölkə
Ölkə mətbuatı
A- A+

Mübarək Ramazan ayının gəlişi ilə müxtəlif dünya ölkələrindən olan mütəxəssislər qeyd edirlər ki, oruc tutmaq, insanların adətən saxladıqları dietanı əvəz edə bilməz. HƏksər dünya həkimləri iftar və imsaklar zamanı yüngül yeməklər qəbul etməyi tövsiyyə edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tanınmış qastroenteroloq Ali Tyuzan iftar və imsaklarla bağlı xüsusi proqrama riayət etməyi təklif edir. O, imsak zamanı düzgün qidalanmağı və gün ərzində mümkün qədər daha çox piyada gəzməyi məsləhət görür, belə ki, imsakda qəbul edilmiş qidalar mütləq həzm olunmalıdır. "İftar açıldıqdan sonra yemək qəbulunu 3 və ya 4 yerə bölmək lazımdır. Dərhal bol yemək qəbul etmək olmaz. İlk qəbul edilən qidalar xüsusilə yaxşı çeynənilməlidir", - deyə həkim bildirib.
Ali Tyuzan gündə üç dəfə qəbul edilməli olan dərmanlarla bağlı tövsyyələr verir. "Gündə üç dəfə qəbul edilməli olan dərmanları iftar açıldıqdan dərhal sonra, gecə saatlarında və səhər imsakı zamanı qəbul etmək olar. İftar yatmağa getməzdən artıq 2 saat öncə yekunlaşdırılmalıdır", - deyə həkim vurğulayıb.
Mütəxəssisin bildirdiklərinə görə, iftara sanki bir nahar yeməyi kimi baxılmalıdır.Gün ərzində orqanizmdə yaranmış maqniya və kalsiya çatışmamazlığını təmin etmək üçün çay qəbul etmək lazımdır. İftar zamanı kişmiş, qurağa, gavalı və əncir kimi meyvələrin qurularını qəbul etmək də xeyirlidir. İftardan imsaka qədər 2-3 litr maye qəbul etmək də mühümdür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR