Qaxda 15 yaşlı yeniyetməni maşın vurub

Qaxda 15 yaşlı yeniyetməni maşın vurub
22:42 27 May 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax. 27 may. REPORT.AZ / Bu gün axşam saatlarında Qaxda 15 yaşlı oğlanı avtomobil vurub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhərinin H.Əliyev prospektində baş verib.
2002-ci il təvəllüdlü Qax şəhər sakini Vüsal Əfqan oğlu Abdulzadə yolu keçmək istəyərkən, yolla hərəkətdə olan Qax rayon Qaxbaş kənd sakini, 1994-cü il təvəllüdlü Turan Gündüz oğlu Əliyev idarə etdiyi "10-EO-455" dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomabil ilə onu vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəstəyə sağ ayağının sınığı və burun qanaxması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla baglı Qax rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaxda-15-yasli-yeniyetmeni-masin-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR