Slovakiya Fortuna Liqasında mövsümə yekun vurulub. Fanat.Az xəbər verir ki, Ramil Şeydayevin çıxış etdiyi "Jilina" son turda “Podbrezova”nı qəbul edib.
Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-ci dəqiqədə meydana çıxan Ramil Şeydayev iki qol vurub. O, 82 və 90-cı dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, "Jilina" çempionluğu bir neçə tur əvvəl təmin etmişdi.
Fanat.Az