"Arsenal" mövsümü kubokla başa vurdu

"Arsenal" mövsümü kubokla başa vurdu
22:57 27 May 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Federasiya Kubokunun qalibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, final matçında London derbisi baş tutub.

 

“Arsenal” “Çelsi” ilə üz-üzə gəlib. Matçda hesabı Aleksis Sançes açıb. Hücumçu 4-cü dəqiqədə “topçular”ı önə keçirib. 76-cı dəqiqədə Dieqo Kosta “status-kvo”nu bərpa etsə də, bu, uzun çəkməyib. 3 dəqiqə sonra Aaron Remzi komandasına qələbə qazandıran qolub vurub.

 

Beləliklə, “Arsenal” İngiltərədə hamıdan çox - 13 dəfə kuboku qazanan komanda olub.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotarsenalquot-movsumu-kubokla-baa-vurdu-t58368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR