Həşəratlardan qurtulmaq üçün ev üsulları

Həşəratlardan qurtulmaq üçün ev üsulları
22:57 27 May 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Yay mövsümünün gəlməsi ilə bu mövsümdə artan həşəratlar da narahatlığımıza səbəb olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həşəratlardan xilas olmaq üçün ev şəraitində hazırlanan aşağıdakı üsuslları istifadə edə bilərsiniz.

Evinizdə spirtlə dolu paket asın

Evinizə milçək və ağcaqanadın girməsini istəmirsiniz texniki spirtli su ilə onları uzaqlaşdıra bilərsiniz. Spirtinin həşəratlara və milçəklərə qarşı inanılmaz bir qoxuya malik olması onları dəf etmədə də təsirli olacaq.

Bir şəffaf neylon paketin içinə bir miqdar spirt və su əlavə edib, paketin ağzını möhkəm bağlayın. Spirtli şəffaf paketləri günəş şüası alan bir yerə, qapı və ya pəncərə önünə asın. Şəffaf paketlər günəş işığının qırılmasına və prizmaların yaranmasına səbəb olacaq.

Adi reyhan

Reyhan bitkisinin həşəratlar üçün inanılmaz bir qoxusu var. Bu qoxunu hiss etdikdə oradan uzaqlaşacaqlar.

Reyhanı bir dibçəkdə yetişdirə bilərsiniz.

Bundan başqa, yarpaqlarından istifadə edib bir çay hazırlayaraq, həşərat və milçəklərə qarşı sprey hazırlamaq olar.

Lavanda yağı

İnsanları sakitləşdirən lavanda yağı böcəkləri uzaqlaşdıran kəskin bir qoxuya malikdir. Evdəki milçək basqınlarına qarşı lavanda yağını istifadə edin.

Bir sprey və ya buxarlaşdırıcı istifadə edərək, evinizə həm xoş ətir verə bilərsiniz, həm də

həşəratlarla mübarizə apara bilərsiniz.

Mixək və portağal

Portağalın o xoş qoxusu həm milçəklərə qarşı bir çıxış

yolu, həm də təbii bir otaq spreyidir.

Portağal və mixəyin kəskin qoxusu milçəkləri çox narahat edərək, həmin mühitdən uzaqlaşmasını təmin edəcək.

Bir portağalın üzərinə mixəyləri batırıb yemək otağı və ya hansı otaqda istifadə etmək istəyirsinizsə, orada​ yerləşdirin. Bununla da milçəklər sizi narahat etməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR