Azərbaycanın Respublika Günü Macarıstanda qeyd olunub

Azərbaycanın Respublika Günü Macarıstanda qeyd olunub
23:05 27 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Macarıstandakı səfirliyində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul olub. Qəbulda Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkənin ictimai-siyasi xadimləri, habelə həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Macarıstanın dövlət himnləri səslənib.

Milli.Az bildirir ki, səfir Vilayət Quliyev qonaqları salamlayaraq, Azərbaycan dövlətçiliyinin təşəkkülü tarixindən, xalqımızın müstəqillik uğrunda mübarizəsindən, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq arenada qazandığı uğurlardan, onun beynəlxalq nüfuzunun artmasından söz açıb, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması məsələsinə toxunub.

Qəbulda "Azərbaycan" və "Abşeron" şərablarının təqdimatı olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/548932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR