“Arsenal” mövsümü kubokla bitirdi

“Arsenal” mövsümü kubokla bitirdi
23:17 27 May 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə FA kubokunda qalib müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, final matçında London derbisi baş tutub.
 
"Arsenal" "Çelsi" ilə üz-üzə gəlib. Matçda hesabı Aleksis Sançes açıb. Hücumçu 4-cü dəqiqədə "topçular"ı önə keçirib. 76-cı dəqiqədə Dieqo Kosta "status-kvo"nu bərpa etsə də, bu, uzun çəkməyib. 3 dəqiqə sonra Aaron Remzi komandasına qələbə qazandıran qolu vurub.
 
Beləliklə, "Arsenal" İngiltərədə hamıdan çox - 13 dəfə kuboku qazanan komanda olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR