Ramazan ayında niyə xurma yeyilir?

Ramazan ayında niyə xurma yeyilir?
23:22 27 May 2017
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Mübarək Ramazan ayı bütün rəhmət və bərəkətləri ilə üzərimizə doğru gəlməkdədir. Artıq mayın 26-dan 27-nə keçən gecə oruc tutmaq istəyənlər obaşdana qalxacaqlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Ramazan ayında iftar süfrələrinin əvəz olunmaz neməti yenə də xurma olacaq.
 
Müqəddəs Qurani-Kərimdə də adı keçən xurma, olduqca faydalı bir qidadır.
 
Alimlərin apardığı araşdırmalarda xurmanın ürək xəstəliklərinə və mədə narahatlıqlarına qarşı müsbət təsirlərinin olduğu aşkarlanıb.
 
Bəs nə üçün Ramazan ayında xurma yeyirik?
 
Vətəni Ərəbistan yarımadası və Şimali Afrika olan xurma barədə Peyğəmbərimiz (s) belə demişdir: "Möminin obaşdan yeməyinin xurma ilə olması, nə gözəldir"; "Oruclu xurma ilə iftar etsin. Çünki xurma bərəkətlidir".
 
Xurma zülal və karbohidrat tərkibinə malik tək meyvə kimi də tanınır. Bu səbəbdən iftar və obaşdan qidalanması baxımından insanların bütün ehtiyaclarını təmin edir.
 
B1 və B2 vitaminləri olan xurma, qaraciyərin güclənməsini də təmin edir.
 
Xüsusilə Ramazan ayında istehlak edilməsinin digər bir səbəbi isə, xurmanın halsızlığı aradan qaldırmasıdır. Bu baxımdan iftarı xurmayla açmanın insan sağlamlığına müsbət təsirləri var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR