Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı

Banu Alkan, Safiye Solman və Burcu Esmersoyla birlikdə proqram çəklişi üçün Hindistana gedəb Bülənt Ərsoyu ilan sancıb.

Metbuat.az bildirir ki, "Diva" Banu Alkanın xəstə olduğuna inanmayıb bir ağacın altında tək başına oturmaq istədikdə, onu kobra vurub. Həmin anların görüntüləri ortaya çıxıb.

Hadisə baş vermədən öncə Banu Alkan xəstə olduğu üçün proqrama qatıla bilməyib. "Diva" buna çox əsəbləşərək "Sənin haran xəstədi? Hamını buna inandıra bilərsən, məni yox" deyib. Elə bu zaman ilan onu sancıb.

Ersoyun qışqırıqlarını eşidən işçilər kobranı öldürüb. Sol ayağında şişlik və qızartı yaranan sənətçi ilkin yardımdan sonra xəstəxanaya yerləşdirilib. Ərsoy xəstəxanada müşahidə altında saxlanılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR