Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı

Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı
23:32 27 May 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın Krefeld şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilib.

Azərbaycan Mili Avarçəkmə Federasiyasından Milli.Az-a bildiriblər ki, qitə miqyaslı reqatada ölkəmizi Cavidan Şirinov təmsil edib. 18 yaşlı idmançı bir nəfərlik qayıqla iki min metr məsafəyə yürüşlərə qatılıb. O, 24 iştirakçı arasında beşinci yeri tutub.

Seçmə mərhələdə Şirinov 7 dəqiqə 36,85 saniyəyə birinci çatıb və yarımfinala yüksəlib. Növbəti mərhələdə yeniyetmə avarçəkən 7 dəqiqə 27,93 saniyə nəticə ilə üçüncü olub. İlk üçlüyə daxil olduğu üçün Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.

Nəhayət həlledici yürüşdə C.Şirinov 7 dəqiqə 31,95 saniyəlik göstərici ilə beşinci yeri tutub. Almaniyalı Morits Volff (07:17.22), danimarkalı Bastian Zexer (07:20.39), polşalı Fabian Baranski (07:24.45) və italiyalı Danilo Amalfitanodan (07:27.56) geri qalan azərbaycanlı avarçəkən yalnız isveçrəli Yan Şöbleni (07:40.09) üstələyə bilib.

Qeyd edək ki, Avropa çempionatı avqustun 2-dən 6-dək Litvanın Trakay şəhərində təşkil olunacaq və 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı öncəsi böyük əhəmiyyət kəsb edib. Qarşıdakı mundialda bir nəfərlik qayıqla yürüşdə ilk beşliyə düşən avarçəkənlər olimpiadaya vəsiqə qazanacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR