Bakı. Trend:
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev "Amkar" klubuna keçə bilər.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hal-hazırda Perm klubunun nümayəndələri və 31-yaşlı futbolçumuzun təmsilçisi arasında danışıqlar aparılır.
İlkin məlumata əsasən, tərəflər demək olar ki, razılığa gəlib.
Qeyd edək ki, Kamran Ağayev bu yaxınlarda Portuqaliyanın "Boavişta" klubu ilə müqaviləni pozub