“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?
23:47 27 May 2017
218 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Davud (ə) Bəni-İsrail peyğəmbərlərindən biri və ədalətli hökmdar olmuşdur. O, əlinin zəhməti ilə dolanır, zireh toxuyub satırdı. Davud Peyğəmbər (ə) müstəhəb oruc tutmağı çox sevirdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma ardıcıl olaraq hər gün deyil, günaşırı (bir gündən-bir) oruc tutardı. O həzrətdən sonra bu cür müstəhəb oruc tutmaq, yəni bir gün oruc olub, ertəsi gün olmamaq "Davudun orucu" adlanmağa başladı. Həzrət Mühəmməd Peyğəmbər (s) öz səhabələrinə bu cür oruc tutmağı tövsiyə edirdi. Bəzi səhabələr ardıcıl olaraq hər gün müstəhəb oruc tutmaq istəyəndə Peyğəmbərimiz onlara nəsihət edir, günaşırı oruc tutmağı, yəni "Davudun orucu"nu tutmağı məsləhət görürdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR