Qaxda 9-cu sinif şagirdini maşın vurdu

Qaxda 9-cu sinif şagirdini maşın vurdu
23:53 27 May 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Qaxda 15 yaşlı oğlanı avtomobil vurub.

Publika.az xəbər verir ki, hadisə Qax şəhərinin H.Əliyev prospektində baş verib.

2002-ci il təvəllüdlü Qax şəhər sakini Vüsal Əfqan oğlu Abdulzadə yolu keçmək istəyərkən, yolla hərəkətdə olan Qax rayon Qaxbaş kənd sakini, 1994-cü il təvəllüdlü Turan Gündüz oğlu Əliyev idarə etdiyi "10-EO-455" dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomabil ilə onu vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə sağ ayağının sınığı və burun qanaxması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla baglı Qax rayon Polis şöbəsində araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/200414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR