Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir
23:57 27 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər Facebook kimi sosial şəbəkələrdən asılılığı olan valideynlərin uşaqlarında da davranış xarakterli problemlərin olduğunu bildirir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, davranış problemlərinin qarşısını almaq üçün bir uşağın ekrandan istifadəsinə məhdudiyyətlərin tətbiq olunmasını davamlı oxuyuruq. Ancaq yeni bitr araşdırma ekrandan asılı olan valideynləri də məsuliyyətli olduğunu göstərir.
 
Pediatrlardan ibarət olan bir qrup araşdırmaçı tərəfindən toplanan məlumatlar, tez-tez rəqəmsal texnologiyanı istifadə edən valideynlərin uşaqlarında davranış pozğunluqları olma ehtimalının daha çox olduğunu müəyyən edib.
 
Mütəxəssislər valideynlərin mütəmadi Facebook-u nəzardən keçirmələri və ya oyun vaxtı başqaları ilə mesajlaşmalarının uşaqların özlərini imtina olmuş kimi hiss edə biləcəyini və qəfil reaksiyalarına səbəb ola biləcəyini iddia edir.
 
Miçiqanda bir davranış mütəxəssisi və uşaq həkimi olan Radeski mövzu ilə bağlı belə danışıb: "Davranış problemi olan uşaqların valideynlərinin uşaqları ilə birlikdə keçirdikləri vaxt ərzində texnoloji cihazlardan uzaq duramalarının müsbət xeyri olacaq".
 
Valideynlərlə aparılan bir araşdırma vaxtı valideynlər texnoloji cihazlardan istifadələrini bir müddətlik dayandırmaları istənilib. Sonra valideylərdən uşaqlarının son iki aydakı davranışıları təhlil olunub. Uşaqların davranışında müsbət dəyişikliklər olduğu müəyyən olunub.
 
Valideynlərin demək olar ki yarısı (48%) texnoloji cihazların gündə üç və ya daha çox fəaliyyətlərini təxirə salmağa məcbur etdiyini bildirib. 17%-i bir dəfə,
11%-i də bu cür boşluqlarının heç olmadığını deyib.
 
Həmçinin valideynlərə "telefonunuzu çox istifadə etdiyinizi hesab edirsinizmi?" sualını ünvanlayıblar.
 
Analar bunun bir problem olduğunu etiraf ediblər.
 
İnsan elmləri və psixologiya üzrə professoru Sarah Şoppe-Sallivan Facebook-un yeni ana olmuş bir qadının zehni sağlamlığı üçün ən pis şey olduğunu deyib.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR