Alimlər keçəlliyin səbəbini tapdılar

Alimlər keçəlliyin səbəbini tapdılar
23:57 27 May 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ alimləri bir təcrübə zamanı insanların immunitet sistemində "treq hüceyrələri"nin rolunu araşdırarkən gözləmədikləri nəticə əldə edibər. Belə ki, bu hüceyrələrin yoxluğu keçəlliyə səbəb ola bilər.

Milli.Az sivil.az-a istinadən bildirir ki, siçanlar üzərində təcrübə aparan alimlər onlardan T hüceyrələrini keçici olaraq çıxarıblar. "Treq hüceyrələri" çıxarılan siçanların tüklərinin təkrar uznmadığı ortaya çıxıb. Bundan sonra alimlər "treq hüceyrələri" ilə keçəllik arasındakı bağlantını araşdırmağa başlayıblar. Bir müddət sonra siçanların dərisindəki "treq hüceyrələri"nin tük kökləri çevrəsində toplandığını görən araşdırmaçılar beləcə həmin hüceyrələrin saç uzanmasındakı rolunun vacibliyini kəşf ediblər.

Təcrübə iştirakçılarından Maykl Rozenblum bildirib ki, bu günə qədər saç uzanmasına "stem hüceyrələri"nin səbəb olduğu düşünülürdüsə, bundan sonra əldə olunan nəticə sayəsində bəlkə də keçəllik problemi tamamilə həll oluna bilər

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR