Hər gün 5 alma çəyirdəyi yeyin

Alma çəyirdəkləri möcüzəli məhsuldur. Bu kiçik çəyirdəklərin tərkibində bir çox nadir faydalı maddələr var.

Bu səbəbdən həkimlər almanı bütov şəkildə qabıqlar (onlar da çox faydalıdır) və çəyirdəkləri ilə birlikdə yeməyi tövsiyə edirlər.

Nəzərə almaq lazımdır ki, gün ərzində 5-6 alma çəyirdəyi yemək olar. Bundan çox olmaz. Məsələ burasındadır ki, onların tərkibinə sianid turşusu daxildir. Sianid turşusu güclü zəhərdir və çoxlu miqdarda orqanizmə daxil olunduqda zəhərlənməyə səbəb ola bilər.

Alma çəyirdəklərin faydaları:

- Alma çəyirdəklərinin tərkibində nadir xərçəngəleyhinə təsirə malik olan B17 vitamini var. Həmçinin bu vitamin yorğunluğu azaldır.

- Alma çəyirdəkləri yodla zəngindir. Bu mineral qalxanvari vəzinin fəaliyyətində əsas rol oynayır. Yod çatışmazlığı zamanı qalxanvari vəzinin fəaliyyəti pozulur.

- Alma çəyirdəkləri kaliumla zəngindir. Kalium ürək-damar sistemi üçün ən vacib olan mineraldır.

- Alma çəyirdəyində fol turşusu var. Fol turşusu qanın tərkibini yaxşılaşdırır.

- Alma çəyirdəkləri dərinin vəziyyətinə çox müsbət təsir edir. Bu səbəbdən alma çəyirdəyi ekstraktı tez-tez cavanlaşdırıcı maskaların tərkibinə daxil edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR