"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

"Arsenal" futbol üzrə İngiltərə Kubokunun finalında "Çelsi"ni məğlub edib.

Metbuat.az bildirir ki, Londonun "Uembli" stadionunda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.

"Arsenal" İngiltərə Kubokunu rekord sayda – 13 dəfə götürərək 12 qələbəsi olan "Mançester Yunayted"i qabaqlayıb. "Çelsi"nin hesabında 7 kubok var.

İngiltərə Kuboku. Final

"Arsenal" – "Çelsi" - 2:1

Qollar: 1:0 – Sançes – 4, 1:1 – Kosta – 76, 2:1 – Remsi – 79



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR