Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib
01:37 28 May 2017
171 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ Suriya ordusu könüllülərin dəstəyi ilə Hələbdən 100 km şərqdə İŞİD terrorçularına qarşı əməliyyatların miqyasını genişləndirir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Suriya Silahlı Qüvvələri Komandanlığının nümayəndəsinə istinadən SANA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, hökumət qüvvələri sutka ərzində Fərat çayı üzərində yerləşən Əsəd su anbarı yaxınlığında 12 kənd və fermanı azad edib. Qoşun hazırda İŞİD-in bu ərazidə son dayaq nöqtəsi olan Maskena şəhərinə hücum etməkdədir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriya-qosunlari-helebin-12-kendini-i-si-d-en-azad-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR