Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO
02:03 28 May 2017
422 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvvəqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Komu Ağayev dörd metr uzunluğunda olan ilan öldürüb.

Publika.az xəbər verir ki, qəsəbənin Alxaslı obasında K.Ağayev xallı sarı gürzə kimi tanınan ilanı o həyətində əl ağacı ilə öldürüb.

Sakinlərin məlumatına görə, son günlər havaların istiləşməsi ilə Laçın obalarında ilanların peyda olması adi hala çevrilib. Lakin dörd metrlik ilanın həyətlərə girməsi ilk dəfə müşahidə olunub. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/200413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR