"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb
03:17 28 May 2017
183 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ "Barselona" İspaniya Kubokunun final matçında "Alaves"i məğlub edib.
"Report" xəbər verir ki, Madridin "Visente Kalderon" stadionunda keçirilən görüş 3:1 hesabı ilə başa çatıb.
Bununla da "Barselona" ardarda üçüncü dəfə, ümumilikdə isə rekord sayda – 29 dəfə İspaniya Kubokunun qalibi olub.
Luis Enrike Kataloniya klubunun sükanı arxasında son oyununu keçirib. O, üç il ərzində komanda ilə 9 titul qazanıb.
İspaniya Kuboku. Final
"Barselona" – "Alaves" - 3:1
Qollar: 1:0 – Messi – 30, 1:1 – Bernar Fransua – 33, 2:1 – Neymar – 45, 3:1 – Alkaser – 45+3


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-ardicil-ucuncu-defe-i-spaniya-kubokunu-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR