Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb
04:22 28 May 2017
151 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ Kaliforniyada keçirilən hərrac zamanı "rok-n-rollun kralı" olan Elvis Preslinin şəxsi təyyarəsi satılıb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, "Lockheed Jetstar 1962" tipli təyyarənin yeni sahibi ona görə 430 min dollar ödəyib. Halbuki, hava gəmisi ilkin olaraq 2-3,5 milyon dollar məbləğində qiymətləndirilirdi.
Alıcının adı açıqlanmır.
Təyyarənin 35 il istifadəsiz qaldığı bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/elvis-preslinin-sexsi-teyyaresi-herracda-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR