Sabiq prezidentin qəbri dağıdıldı

Sabiq prezidentin qəbri dağıdıldı
04:33 28 May 2017
157 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın sabiq prezidenti, ölkədə Beşinci respublikanın banisi Şarl de Qollun qəbri naməlum şəxslər tərəfindən dağıdılıb.

Publika.az xəbər verir ki, insident Yuxarı Marna departamentində, Kolombe-le-Dez-Eqliz yaşayış məntəqəsində baş verib.

Məlumata görə, iki naməlum şəxs 17.00 radələrində (Bakı vaxtı ilə 19.00-da) qəbiristanlığa daxil olub. Onlardan biri qəbrin üstünə qalxaraq sinə daşı üzərində quraşdırılmış daş xaçı aşırıb. Nəticədə daş xaç parçalanıb.

Polis insidenti araşdırır.

Əfsanəvi fransız generalı və siyasətçisi Şarl de Qoll (1890 –1970) İkinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik edib. 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq edib. Daha sonra Qoll konstitusiya islahatını həyata keçirir və Beşinci respublikanın əsasını qoyur. Qoll 1958-ci ildə yeni respublikanın prezidenti seçilir. O, 1959-69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynayıb. O, 1969-cu ildə istefa verib və 1970-ci ilin noyabrında vəfat edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR