Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub

Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub
05:37 28 May 2017
227 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ PSJ futbol üzrə Fransa Kubokunun final matçında "Anje"yə qalib gəlib.
"Report" xəbər verir ki, Sen-Deninin "Stad de Frans" stadionunda keçirilən görüş 1:0 hesabı ilə "parislilər"in xeyrinə başa çatıb.
Beləliklə, PSJ ardıcıl üçüncü dəfə, ümumilikdə isə rekord sayda – 11 dəfə Fransa Kubokunun qalibi olub.
Görüşün 91-ci dəqiqəsində "Anje"nin müdafiəçisi İssa Sissoko topu öz qapısına göndərərək PSJ-yə qələbə gətirib.
Fransa Kuboku. Final
"Anje" - PSJ - 0:1
Qol: 0:1 – Sissoko – 90+1 (avtoqol)


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-fransa-kubokunun-qalibi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR