Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib
06:27 28 May 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In ölkənin yeni hava hücumundan müdafiə sisteminin “uğurlu sınağı”nı izləyib.
“Report” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“İmkanları diqqətlə yoxlamadan keçirilən bu silahlanma sistemi ölkəni meşə kimi örtmək üçün kütləvi şəkildə istehsal olunmalı və düşmənlərin havada ağalıq etməklə bağlı xəyallarını məhv etməlidir”, — deyə “Renxap” Kim Çen Inın sözlərini sitat gətirib.
O qeyd edib ki, ötən il sistemdə aşkar olunan bir sıra nöqsanlar tam aradan qaldırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/simali-koreya-yeni-rem-sistemini-ugurla-sinaqdan-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR