Filippində hərbçilərlə terrorçular arasında baş vermiş toqquşmalarda 85 nəfər öldürülüb

Filippində hərbçilərlə terrorçular arasında baş vermiş toqquşmalarda 85 nəfər öldürülüb
09:32 28 May 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ Filippində silahlılar 19 dinc sakini qətlə yetirib.
"Report" xəbər verir ki, bu barədə "France Presse" hərbçilərə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə ölkənin cənubunda baş verib. Filippin hökumətinin yaydığı məlumata görə, dinc sakinlərin terrorçular tərəfindən öldürülməsi Maravi şəhərində baş verib. Öldürülənlər arasında 3 qadın və uşaq da var. Qətlə yetirilənlərin cəsədləri hərbçilər tərəfindən şəhərin universitetinin yaxınlığında tapılıb.
Bununla da hökumət qüvvələri ilə terrorçular arasında baş vermiş toqquşmalarda həlak olanların ümumi sayı 85 nəfərə çatıb. Hazırda şəhərdə silahlı qüvvələrlə İŞİD terror qruplaşmasını dəstəkləyən islamçılar arasında qarşıdurma davam edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/filippinde-herbcilerle-terrorcular-arasinda-bas-vermis-toqqusmalarda-85-nefer-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR