Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 120 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 120 dəfə pozub
09:37 28 May 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (10 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Kəngərli, Mərzili, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.  

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermenistan-silahli-ateskesi-120-defe-pozub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR