Türkiyədə 10 PKK terrorçusu məhv edilib

Türkiyədə 10 PKK terrorçusu məhv edilib
10:02 28 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ Türkiyənin şərqində PKK terror qruplaşmasının 10 silahlısı məhv edilib.
"Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Van qubernatorunun administrasiyasından xəbər verilib.
Xəbərdə bildirilir ki, terrorçuların mövqeləri pilotsuz uçuş aparatı ilə müəyyən edilib. Bundan sonra Hərbi Hava Qüvvələri Van vilayətinin şərqindəki Koruklu kəndində PKK silahlı qruplaşmasına zərbələr endiriblər. 
Əməliyyat zamanı "F-16" təyyarələrindən istifadə edilib. Məlumata görə, PKK silahlıları yeni terror aktı planlaşdırırmış. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-10-pkk-terrorcusu-mehv-edilibqsguh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR