Şəmkirdə partlayış: yaralanan var

Şəmkirdə partlayış: yaralanan var
10:12 28 May 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Şəmkirdə yaşayış evində partlayış olub.

Milli.Az-ın APA-ya istinadən məlumata görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Kənd sakini 1977-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə qaz sızdığını hiss etməyərək siqaret çəkib və bu zaman partlayış baş verib. Hadisə zamanı A.Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/548961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR