Filippində terrorçular 19 dinc sakini öldürüb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, cəmi ölənlərin sayı 85 nəfərə çatıb.
"Ölənlər dinc sakinlərdi. Biz onların cəsədlərini axtarış-xilasetmə əməliyyatları zamanı aşkar etdik", - hərbçilərin nümayəndəsi deyib. O, əlavə edib ki, dinc sakinlərin həlak olmasının təfərrüatlarının araşdırılmasına hələ başlanılmayıb.