Müsəlman qadınları təhqir edən şəxs 3 nəfəri bıçaqladı

ABŞ-ın Oreqon ştatının Portland şəhərində bir şəxs qatarda ətrafdakılara bıçaqla hücum edib.

Metbuat.az bildirir ki, Ceremi Kristian adlı şəxs qadınları təhqir edib. Ona mane olmağa çalışan 3 nəfəri isə bıçaqlayıb. Nəticədə onlardan 2-si ölüb.

Yerli mediada yer alan xəbərə görə, Ceremi biri hicablı, digər ikisi isə qaradərili olan qadınları təhqir edərək ölkəsinə vergi ödəmədiklərini, buna görə də qatarı tərk etməli olduqlarını söyləyib. O, müsəlmanlara nifrətini bağıraraq dəfələrlə təkrarlayıb.

Həmin şəxs ələ keçirilib. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR