"Barselona" İspaniya Kral Kubokunun qalibi oldu

İspaniya Kral Kubokunda qalib bəlli olub.

Metbuat.az bildirir ki, finalda “Alaves”lə qarşılaşan “Barselona” yenidən ikinci dərəcəli mükafata sahib çıxıb.

“Visente Kalderon”da oynanılan matçda kataloniyalılar 3:1 hesablı qələbəyə seviniblər. Messi, Neymar və Pako komandaya kuboku gətirən qollara imza atıblar.

Qeyd edək ki, ardıcıl 3-cü dəfə kuboku qazanan “Barselona” ümumilikdə 29 dəfə qalib olub və bu sahədə liderliyi ələ keçirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR