Elvis Presliyə məxsus təyyarə hərracda satıldı

Elvis Preslinin "Lockheed Jetstar" adlı şəxsi təyyarəsi hərracda 430 min ABŞ dollarına satılıb.

Metbuat.az bildirir ki, təyyarəni alan şəxs özünü təqdim etməkdən və təyyarə barədə öz planlarını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, son 35 il 1962-ci ildə buraxılan təyyarə Nyu-Meksiko ştatının Rosuella aerodromunda dayanırmış.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR