Daha 13 PKK terrorçusu İraqda məhv edildi

Daha 13 PKK terrorçusu İraqda məhv edildi
12:17 28 May 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Hərbi Hava Qüvvələri mayın 28-i səhər saatlarında İraqın Avaşin Basyan rayonunda PKK-nın mövqelərinə hava zərbələri endiriblər.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 13 PKK terrorçusu və terrorçuların 7 mövqeyi məhv edilib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR